Qırğızıstanda Mərkəzi Asiyanın ən böyük məscidinin tikintisi başa çatıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Anadolu”x9d agentliyi yayıb. Agentlik məscidin Türkiyə Dəyanət Vəqfinin dəstəyi ilə tikildiyini bildirib.
Qeyd edək ki, Osmanlı memarlıq üslubu ilə inşa olunan məscidin tikintisinə 2012-ci ildən başlanıb. 7,5 min kvadrat metr ərazisi olan məsciddə eyni anda 6 mindən çox insan toplana bilər.



































































































