Debüt öncəsi sınaqdan keçirilən yeni Audi A7 alışıb.
Moderator.az xəbər verir ki, hadisəxa0Avstriyadakı Alp Dağlarında baş verib.
Bir qoşqu çəkən prototip, izolyasiya ətrafından tutuşarak birdən alov almış. Nəysə ki sürücü avtomobili sürətlicə kənara çəkib hadisə yerindən uzaqlaşmağı bacarıb. Qısa bir müddətdə hadisəyə yanğınsöndürənlər müdaxilə etsə də, təəssüf ki, bu Audi-ni tamamilə yanıb kül olmaqdan qurtara bilməyib. Xilasetmə qrupları gəldiyində dumanlardan görünməyən Audi A7 prototipi, skeletinə qədər yanmış.
Ancaq sınaqçılar avtomobilin salonundan bahalı avadanlıqları çıxarmağı bacarıblar. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Şirkət Audinin yeni A7 modelini 2017-ci ilin payızında və ya 2018-ci ilin ilk aylarında tanıtması gözlənilir.
Qeyd edək ki, bu, test-drayv zamaı ilk yanğın deyil. Bundan əvvəl Honda NSX, Mercedes-AMG SLS Black Series və Audi R8-də də belə hal baş vermişdi.

















































































































