Hind okeanının xa0qərbindəki Sentinel adasında ibtidai icma quruluşunun daşıyıcısı olan qəbilə xa0bütün dünyadan təcrid edilmiş halda yaşayır. Onlar 100 illərdir ki, “Ağ adamları”x9d özlərinə yaxın buraxmır. Hətta bir dəfə yolunu azan iki balıqçını da düşmən zənn edərək, oxdan keçirmişdilər.xa0
Mooderator.az xəbər verir ki, elm adamları, xüsusən də ingilis alimlər bir neçə dəfə Sentinel qəbiləsi ilə əlaqə yaradıb, onlara öyrənməyə cəhd etmişlər. Lakin alimlərin cəhdləri hər dəfə uğursuz alınıb. Yalnız bir dəfə 1967 ”“ci ildə bir ingilis alim özünün silahlı dəstəsi ilə həmin qəbilənin su sərhədinə yaxınlaşaraq, böyük mücadilədən sonra cəmi 6 yerli qəbilə üzvünü qaçıra bilmişdi. Qısa müddətdən sonra hədiyyələrlə geri dönən qəbilə üzvləri nə baş verdiyini anlamasa da, alim ona lazım olan işi görmüşdü. Yəni, onlardan eksperment kimi yararlanaraq, müəyyən elmi sınaqlar aparmışdı. Onun apardığı elmi işlər antopologiya elminə yeniliklər gətirdi.xa0
Sentinel qəbiləsi uzun müddət yaddan çıxsa da 2004-cü ildəki dəhşətli sunamidən sonra xa0 okeanda itkin düşnən insanları axtaran hərbi vertolyotlar qəribə insanları müəyyən etdilər. Elə həmin qəbilə də vertolyotları görmüş və onları oxa tutmuşdular. Sonradan məlum oldu ki, Sentinel qəbiləsi sunaminin olacağını qabaqcadan hiss etmiş və dalğaların çata bilməyəcəyi ərazilərə dağılışmışlar. Bununla da ibtidai təfəkkürlü insanlar heç bir itki verməmişdi. Ən müasir texniki avadanlıqların,stansiyaların belə sunami haqqında dəqiq məlumat verə bilmədiyi ərəfədə qəbilə insanlarının bu barədə necə məlumat almaları, xəbər tutmaları hamını heyrətləndirir.xa0
Sentineı adası insanlarının fərqli antropoloji quruluşa malik olmalarını bir daha əyani sübut etmiş oldu. xa0
Hazırladı: Elmin





































































































