FHN-in polkovniki xilasetmə zamanı suda boğulub

Hazırda oxunan: FHN-in polkovniki xilasetmə zamanı suda boğulub

149992
Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Primorsk vilayəti üzrə Baş İdarəsinin rəisi, polkovnik Oleq Fedyura vəzifə səlahiyyətlərini icra edərkən ölüb.
xa0
APA-nın “Delta”x9d agentliyinə istinadən verdiyi məlumata görə, nazirlikdən bildirilib ki, hadisə bu gün su bəndinin dağıldığı Çuquevsk rayonunun Uborka kəndində baş verib.
xa0
Şahidlərin sözlərinə görə, su bəndinin dağılması nəticəsində köməksiz qalanlara yardıma gedən "KamAZ" markalı maşın Şumnıy qəsəbəsindən Uborka kəndinə doğru hərəkətdə olarkən aşıb və xilasedicilərlə birlikdə suya düşüb.
xa0
Avtomobilin banında olanlar xilas ola bilsələr də, kabinədə olan idarə rəisi və daha bir əməkdaş suda boğulub. Onların meyitləri hələlik sudan çıxarılmayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin