25 nəfəri yaralayıb, xeyli girov götürdülər -Gecə klubununda dəhşət

Hazırda oxunan: 25 nəfəri yaralayıb, xeyli girov götürdülər -Gecə klubununda dəhşət

140563
Birləşmiş Ştatların Florida ştatının Orlando şəhərindəki gecə klublarından birində atışma zamanı ən azı 25 nəfər yaralanıb.

Bu barədə bazar günü hadisə şahidlərinə istinadən "Sky News" telekanalı məlumat yayıb. İnsident "Pulse" klubunda qeydə alınıb. Hadisə yerinə çoxsaylı polis dəstələri cəlb olunub.

"Silahlı şəxs ən azı 25 nəfəri yaralayıb, digərləri girov götürülüb", - deyə telekanalın məlumatında bildirilir. Şəhər polisi bir neçə nəfərin yaralandığını təsdiq edib.

"Bir neçə nəfər yaralanıb. Hadisə yerindən uzaq olun", - deyə polis idarəsinin rəsmi "Twitter" səhifəsində bildirilir.
Şahidlərin sözlərinə görə, hücum zamanı klubda təqribən 100 nəfər ziyarətçi olub.(Report)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin