Eldar Əzizovun Sumqayıtdan getməsinə sevinən sumqayıtlılar...

Hazırda oxunan: Eldar Əzizovun Sumqayıtdan getməsinə sevinən sumqayıtlılar...

93687
Mənim haqsızlığa qarşı apardığım mübarizənin bəzi məqamları ilə sizi tanış etmək istərdim...Birinci onu deyim ki, hələ bitməmiş mübarizəmin nəticəsindən biri Eldar Əzizovun Sumqayıt şəhərindən yola salınması oldu. Onun son hərəkəti də sübut edir ki, Sumqayıtdan getməsi onun üçün sarsıdıcı və gözlənilməz oldu. Amma mən buna heç şübhə etmirdim... Mənim birinci video-müraciətimdən sonra məni icra başçısının müavini Elgiz Həbibullayev kabinetinə dəvət elədi. Söhbətin sonunda mən ona təklif etdim ki, Eldar Əzizova çatdırsın, hələ ki, gec deyil vəzifədən getsin. Görünür, mənim bu xəbərdarlığımı ciddi qəbul eləmədilər, amma çox nahaq yerə... Əldə etdiyim məlumata görə keçmiş icra başçısı yüksək vəzifəyə getmək istəyirdi, amma Eldar Əzizovun arzusu ürəyində qaldı. Keçmiş icra başçısı bu 3 ildə ən çox Sumqayıt şəhərində yaşıllıqların məhvi ilə yadda qaldı...Əfsuslar olsun ki, şəhərin bir cox sakinlərin etirazlarına və şikayətlərınə baxmayaraq, Eldar Əzizov öz işində idi. Biz ekologiya işçiləri ilə Nəsimi adına parkda baxış keçirərkən təkcə bir yerdə - “Göyərçin”x9din yanında 70-dən cox ağacların kəsilib, ya da yandırıldığının şahidi olduq. Təbiətə qarşı bu vəhşiliyi edən şəxslər hələ də tapılmayıb. Elə mənim Sumqayıt şəhər İcra Hakimiyyətini məhkəməyə verməyimin səbəbi və bütövlükdə icra başçısı ilə mübarizə aparmağıma axırıncı təkan məhz parkda kütləvi ağac gırımı və şəhərin mərkəzində, Allahın yaratdığı sahibsiz itlərin vəhşicəsinə öldürülməsi oldu. Bu mübarizə haqda bir çox mətbuatda yazılmışdır...Bəli, bir çox qəzetlərdə, xəbər agentliklərində, xəbər saytlarında bütün bunlar işıqlandırılmışdır, bir Sumqayıtın xəbər saytlarından başqa...Çox porodoksal səslənir, elə deyilmi? Bütün Sumayıt saytları və özlərini jurnalist adlandıran adamlar susurdu. Hətda Eldar Əzizovun sifarişi ilə məni işdən çıxartmaq istəyəndə və Psixi-Ekspertizaya aparılanda da Sumqayıt informasiya saytları bir kəlmə də olsun yazmadılar. Əfsuslar...Mən o jurnalistlərin yerinə utanıram. Axı bu jurnalistlər susmaqla öz vicdanlarını yandırmaqla bərabər, Eldar Əzizovun qanunsuz əməllərinə dəstək vermiş olublar və faktiki olaraq bu qanuna zidd işlərin iştirakçılarına çeviriliblər. Sumqayıt İnformasiya saytı mənə bu işdə kömək göstərmək əvəzinə, işarə edirdi ki, güya mən ağacların kəsilməsinə qarşı çıxmaqla və buna görə İcra Hakimiyyətini məhkəməyə verməklə kiminsə sifarişini yerinə yetirirəm. Bu yazılar mənə cox pis təsir etdi. Mən başa düşə bilmirəm ki, onlar mənə qarşı niyə belə mövqe tutdular...? Bu həmin Sumqayıt saytlardı ki, dəfələrlə ağacları kəsənlərə qarışı çıxmışdılar.. Bəs sonra nə oldu? Əksinə, bir olub təbiətimizi məhv edənlərə qarşı çıxmaqdansa mənə qarşı bu cür yazılar yazmışdılar...

 Kimsə düşünursə ki, icra başçısının başqa rayona keçməsi ilə mənim mübarizəm dayanacaq, səhv edirlər. Apardığım bütün məhkəmə işləri və digər işlər tam qələbəyə kimi davam edəcək.

O ki, qaldı təzə icra başçısına...Mən ancaq bir şey deyə bilərəm. İnanıram və çox ümid edirəm ki, Zakir müəllim, Eldar Əzizov kimi xatirələrdə pis əməllərlə və qanunsuz işlərlə yadda qalmayacaq. Şəhərə, sakinlərinə, yaşıllıqlara və ümumiyyətlə bütün canlılara diqqət və qayğı göstərəcək. Odur ki, gəlin Allah və qanun qarşısında həmişə yaxşı əməllərlimizlə savab qazanaq.

Son olaraq, mənə dəstək və mənəvi kömək edən bütün tanıdığım və tanımadığım adamlara təşəkkürümü bildirirəm. Ən cətin vaxtlarımda sizin dəstəyinizi həmişə hiss etmişəm.. Düzdür, “səndə heç nə alınmayacaq, icra başçısını çıxartmayacaqlar, başın ağrayacaq”x9d kimi sözlər də eşitmişəm... Amma bu kimi sözlər mənə artıq təsir etmir, çünki mən bilirəm ki, haqq, qanun mənim tərəfimdədir. Mənim bütün mübarizələrimdə, mənə eyni təzyiqlər göstərib məndə özümə inamsızlıq yaratmaq istəyirdilər.. Amma bilirdim ki, düz yoldayam və ona görə də həmişə gələbə qazanmışam. Hər insan mübarizəyə başlamamışdan qabaq öz gücünü bilməlidir. Mübarizəyə başladığı halda isə heç vaxt geri çəkilməyin, axıra kimi, qələbəyə kimi gedin. Təbii ki, haqsızlığa və ədalətsizliyə qarşı mübarizə qanun çərçivəsində aparılmalıdır. Yaxşı bir deyim var: Heç vaxt təslim olma, görəcəksən ki, sənin düşmənlərin necə təslim olurlar...
  
Hörmətlə Anar Süleymanov

Ardı var...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin