Xəbər verdiyimiz kimi son günlər "Yeni Müsavat" qəzeti və Milli Şura arasında gərginlik yenidən qızışıb. Tərəflər bir-birilərinin ünvanına son dərəcə ağır ittihamlar səsləndirməkdədilər.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən D18 hərəkatınən rəhbəri Ruslan İzzətli bildirdi ki, hər iki tərəf ölkədə bu qədər problem müzakirə etmək əvəzinə, bir-birilərini ittiham edərək gündəmi dəyişirlər:
“Bu gün ölkədə çoxlu sayda ciddi hadisələr baş verir. Özünü müxalifət adlandırıb xalqın problemlərinə şərik olduğunu deyən qurumlar bu məslələri qapartmalı, insanların pozulmuş hüquqlarının bərpa olunması üçün mübarizə aparmalıdırlar. Hazırda baş verənlər isə sadəcə olaraq şoudur, onlar diqqəti ciddi şeylərdən yayındıraraq öz aralarında mübahisə edirlər.
Xəyal Əzizov































































































