Moderator.az tanınmış hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərovdan Azərbaycan tərəfinə keçmiş erməni əsgərinin açıqlamasını şərh etməsini xahiş edib və ondan aşağıdakı cavabı alıb:
Martın 22-də günorta saatlarında işğalçı Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müqavilə əsasında hərbi xidmət keçən Andranik Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub. İndi bu mövzu ətrafında çox müxtəlif müzakirələr, diskusiyalar aparılır. Fakt faktlığında qalır ki, qoşunların təmas xəttini keçən erməni hərbçisi hərbi qulluqçularımız tərəfindən saxlanılıb və hal-hazırda onunla müvafiq qaydada işlər aparılır. Yəqin ki, Müdafiə Nazirliyi və ölkəmizin digər xüsusi-xidmət orqanları artıq erməni hərbçisi Andranik Qriqoryanla lazım olan dindirmə işlərini aparıblar və indi onun taleyi ilə əlaqədar müvafiq qərar qəbul ediləcək.
Bayram günləri olduğuna görə bu məlumat o qədər də mətbuat səhifələrinə çıxmasa da, sosial şəbəkələrdə bu mövzu həddindən çox dartışılır və çoxlu fikirlər səsləndirilir. Yazılmış fikirlər arasında diqqəti cəlb edənləri də, məntiqə uyğun olanı və olmayanları da kifayət qədərdir. Biz də ictimaiyyət nümayəndələri olaraq bu məsələ haqqında öz fikirlərimizi sizlərlə bölüşmək istərdik. Sözsüz ki, bütün müzakirələrə və söhbətlərə baxmayaraq, son qərarı ölkənin siyasi və hərbi rəhbərliyi verəcək.
Şəxsi düşüncəmə görə, erməni hərbçisinin bizim tərəfə keçməsi ilə bağlı ortalıqda video görüntülər də olduğuna görə, biz bu məqamdan ağıllı və çox dəqiq şəkildə istifadə etməliyik. Əvvəla, Azərbaycan əsgərinin tam şəkildə beynəlxalq hüquq və normalar çərçivəsində, əlində təslim olmaq istəyən rəmzi tutmuş düşmən ordunun əsgərinə qarşı son dərəcə humanist davranmasını xüsusi ilə qabartmalıyıq. Təmas xəttində ordumuzun vahid komandanlıq prinsiplərinə tam şəkildə əməl etməsi və yuxarı komandanlığın tapşırıqlarını necə dəqiq yerinə yetirməsinin bir daha bariz nümunəsini gördük. Əgər könüllü təslim olunan Andranik Qriqoryanın doğum təvəllüdünə diqqət yetirsəniz, görərsiniz ki, o heç də təcrübəsiz bir sıravi əsgər deyil. O Ermənistan Silahlı Qüvvələrinin müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçusudur. Ən azından digər həqiqi hərbi xidmət keçən əsgərlərindən fərqli bir statusda olan hərbi qulluqçudur. Sadə dillə desək, kiçik komandir heyətinə aid olan vəzifəli şəxsdir. Onun danışdıqları və söylədikləri də kifayət qədər maraqlı və vacib hərbi məlumatlar kateqoriyasına aid məlumatlar ola bilər. Onun könüllü olaraq təslim olmasına “bunun çox sadə bir səbəbi var. Mən mənasız yerə ölməkdən qorxuram. Cəbhə xəttini keçəndə mən tək deyildim. Mənimlə siz tərəfə keçməyə cəhd göstərən bir nəfər də var idi. Mən daha cəld tərpəndim. Silahı atıb sizə tərəf gəldim. Onun taleyindən xəbərim yoxdur. Güman edirəm ki, artıq sağ deyil» sözləri ilk baxışdan adi sözlər olsa da peşəkar hərbi qulluqçular, müvafiq qurumlar üçün çox önəmli məqamlardır.
Bəli, bizim illərlədir qeyd etdiyimiz o fakt ki, işğalçı ölkənin iqtisadi durumu çox ağır vəziyyətdədir, öz təsdiqini tapır. Çətin durumda olan rəsmi İrəvan öz Silahlı Qüvvələrində olan real vəziyyətdən ya bixəbərdir, ya əsl həqiqətin nə yerdə olduğunu yaxşı bildiyi üçün, “həftə səkkiz, mən doqquz”x9d müdafiə naziri Seyran Ohanyan başda olmaqla az qala hər həftə işğal olunmuş ərazilərimizə baş çəkməyə məcburdular. Bu vəziyyət bundan sonra get-gedə daha da çətinləşəcək. Nə qədər hazırkı erməni hakimiyyəti öz xalqına qarşı belə sayğısız davranacaq, problemlər daha da artacaq və sonda vəziyyət ola bilsin tam nəzarətdən çıxsın.
Erməni hərbçinin “Əsgər çatışmadığına görə postlara mülkiləri yerləşdirirlər. Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən çoxlu sayda insan var”x9d sözləri də çox böyük əhəmiyyət daşıyır.
Ən əsası isə, hesab edirəm ki, Anranik Qriqoryanın söylədiyi “amma açığını deyim ki, burda onları nə gözlədiyini bilmədikləri üçün ürək etmirlər. Mən də bu addımı atmazdan əvvəl çox düşündüm və qərara gəldim orada qalıb ölüm saatımı gözləməkdənsə könüllü təslim olum. Gözlədiyimin tam əksi olaraq burda məni normal qarşıladılar və doyunca yemək-içmək verdilər. Bir də buradan əlində məcbur silah tutan yoldaşlarıma səslənib demək istəyirəm ki, azərbaycanlılar heç də o, cinayətkar hakimiyyətin illərdir bizim beynimizə yeritdikləri kimi deyillər. Nə qədər ki, gec deyil siz də mənim kimi edin”x9d sözləridir.
Biz Azərbaycan ictimaiyyəti və mətbuatı olaraq məhz bu istiqamətdə işlərimizi qurmalıyıq. Məhz erməni xalqı arasında bu ruhda izahat işləri aparmaq, onlara düzgün yol göstərməklə biz daha böyük nəticələrə nail ola bilərik. Hər fürsətdə öz çirkin addımları və əməlləri ilə milli düşmənçiliyi daha da dərinləşdirməyə cəhdlər edən Ermənistan siyası və hərbi rəhbərliyinin iç üzünü açmaqla, biz təkcə silahla deyil, eyni zamanda sözlə də çox böyük işlər görmüş olarıq.
Fürsətdən istifadə edib, sosial şəbəkələrdə bu hadisə ilə əlaqədar gedən qızğın müzakirələrə də balaca bir münasibət bildirmək istərdim. Dostlarımızın və bu hadisəni yaxından izləyən yoldaşların narahatçılıqlarını da bölüşərək onu qeyd etmək istəyirəm ki, erməni hərbi qulluqçusunun minalanmış sahəni belə asanlıqla keçib bizim mövqeylərə yaxınlaşması bəzi ciddi məsələləri ortalığa çıxarır. Həqiqətən də, haqlı olaraq peşəkar hərbçilər, o cümlədən əsgər və zabitlərimizin həyatını düşünən vətəndaşlarımız düşmənin kəşfiyyat-diversiya qruplarının ərazilərdə bizə yaşada biləcəyi fəlakətləri də biz diqqətdən qaçırmamalıyıq. Hesab edirəm ki, Müdafiə Nazirliyinin rəhbərliyi və hadisə baş vermiş ərazinin birləşmə və hərbi hissə komandanlığı bu məqamlara ciddi fikir verməlidirlər. Ən xırda detal belə diqqətdən yayınmamalıdır.
Və yaxud başqa bir vacib məqam da ciddi müzakirə obyektinə çevrilib. Bu əsgər minalanmis sahəni keçərkən niyə erməni əsgərləri onu vurmadi? Bir daha könüllü əsir düşmüş erməninin müsahibəsinə diqqət yetirmənizi xahiş edirəm. Erməni hərbçinin “əsgər çatışmadığına görə postlara mülkiləri yerləşdirirlər”x9d ifadəsini məncə incələməyə qətiyyən ehtiyac yoxdur. Bir də, əsir düşən erməni əsgərin yəqin ki, hansı vaxtı özünə Azərbaycan tərəfinə könüllü təslim olmaq üçün məqam seçdiyini də unutmamalıyıq."





































































































