Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Hazırda oxunan: Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

639626

Ötən gün sosial şəbəkələrdə Bakıda avtomobilin qarşısında yıxılan şəxsin görüntüləri yayılıb. Onun sürücünü şantaj etmək üçün belə addım atdığı iddia olunub.

Lakin görüntülərdəki gəncin qardaşı Cavid Kazımov Bizim.Media-ya müraciət edərək bu iddiaların reallığı əks etdirmədiyini bildirib.

Onun sözlərinə görə, qardaşı, 24 yaşlı Hüseyn Kazımov uşaqlıqdan serebral iflic xəstəliyindən əziyyət çəkir:

“Qardaşım Türkiyədə ali təhsil alıb və hazırda işləyərək öz gəlirini qazanır. Sadəcə, serebral iflici var. Bədənində qıcıqlanma, spazm olur. Avtomobil qarşısında qəfil dayandığına görə onu iflic tutub və yıxılıb. Şəhərin mərkəzində, kameranın altında heç kim boş yerə uzanmaz”.
 

H.Kazımovun qardaşı qeyd edir ki, hadisə zamanı da o, avtomobilin sürücüsünə narahat olmamasını, bunun onun xəstəliyi ilə bağlı olduğunu deyib. Daha sonra ayağa qalxaraq ərazidən uzaqlaşıb.


Qardaşı Hüseyn Kazımovun daha əvvəl də yıxılaraq ciddi xəsarət aldığını bildirib. Belə ki, ötən ilin avqustunda o yıxılaraq kəllə-beyin travması alıb və bir müddət xəstəxanada müalicə olunub.

























Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin