“Açıq-saçıq obrazlara çəkilmirəm...”x9d Nəbahət Çehrə

Hazırda oxunan: “Açıq-saçıq obrazlara çəkilmirəm...”x9d Nəbahət Çehrə

63688
Məşhur aktrisa Nəbahət Çehrənin Bakının qonağı olduğu haqda xəbər vermişdik. 


“Qafqazinfo”x9dnun məlumatına görə, “Qanlı Yanvar”x9d filmində rol alan aktrisa mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Müsahibələrinizin birində artıq filmlərdə oynamaq istədiyinizi bildirmisiniz. Artıq seriallara çəkilmək istəmirsiniz?

- Sağlamlığım icazə verdiyi qədər serial və filmlərdə rol alacam. Sənətin yaşı yoxdur. Mən filmlərlə səhnəyə gəlmişəm. Seriallar tez tükənir, iki il gündəmdə olur və unudulur.  Film isə aktrisanı illərlə ayaqda saxlayır. Yaxşı bir filmdə rol almaq istədim, filmlər üçün darıxmışdım.

- Niyə Türkiyədə yox, məhz Azərbaycanda filmə çəkilməyə qərar verdiniz?

- Bu bir şans idi. Azərbaycanda baş verən  20 Yanvar hadisəsinə həsr olunan filmdən təklif gəldi.  Əgər bu filmin serialı da çəkilərsə, sevə-sevə oynayaram. Amma serial formasında çəkiləcəyini düşünmürəm. Mənim üçün əsasən ssenari önəmlidir. 

- “Kara para aşk”x9d serialında obrazınızı bəyənmədiyiniz üçün serialı tərk etdiniz.  Hansı obrazları canlandırmaq istəyərdiniz?

- Oynayacağım hər obraz məni daha da zirvəyə qaldırmalıdır. “Kara para aşk”x9d sevgi filmi idi. İçi boş bir obraz idi. O layihədə xoşbəxt deyildim, xoşbəxt olmadığım şeylərdən qaçıram. 

- Sizi hər zaman ana obrazlarında görürük. Fərqli obrazlarda oynamaq istəmirsiniz?

- Hər zaman məni ana obrazlarına dəvət edirlər. Lakin mən başqa tərəflərimi göstərmək istəyirəm. Qadınların başqa həyatları da var. Sosial xarakterli obrazları oynamaq istəyirəm. 

- Baxımlı qadın olaraq tanınırsınız. Gözəlliyinizin sirri nədir?

- Özümə çox baxmıram. Hər qadın özünə fikir verməli,  idmanla məşğul olmalıdır. Mən idmanla məşğul olmuram, özümə çox diqqət etmirəm. Gözəl qadın olaraq anılıram, gözəlliyim bəzən başıma bəla olur. 

- Azərbaycan filmlərini izləyirsinizmi?

- Azərbaycan filmlərini izləməmişəm. Aktyor və aktrisaları tanımıram. Çox təəssüf ki, vaxtım olmur. 

- Açıq-saçıq səhnələr çəkilmirsiniz. Bu özünüzə qoyduğunuz qadağadır?

- Özümə hörmət etdiyim üçün açıq-saçıq obrazlara çəkilmirəm. Mənim yaşımda qadının serialda, filmdə öpüşməsi doğru deyil.  “Aşkı-memnu”x9d serialında mənə sevgili olaraq gənc aktyor seçmişdilər. Razı olmadım, yaşıma uyğun olan bir bəy seçdilər. Serialda səyahət səhnəsində də bizi ayrı otaqlarda göstərdilər.  Açıq-saçıq obrazlara çəkilən həmkarlarıma pis baxmıram, lakin mənim yaşım bu rolları canlandırmağa icazə vermir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin