Küləkli hava şəraiti ilə əlaqədar Bakıda 27 ağac sınıb.
Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq məlumat verilib.
“Sentyabrın 7-si gündüz saatlarından əsən güclü külək nəticəsində 27 ağac sınıb, 25 ağacın budaqları qırılıb.
Birliyin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Sınan ağaclar və qırılan budaqlar növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazi təmizlənib”,-deyə açıqlamada qeyd edilib.






Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:49 / 08.09.2026
Güclü külək Bakıda hansı fəsadlar törədib? – RƏSMİ AÇIQLAMA - FOTO
Hazırda oxunan: Güclü külək Bakıda hansı fəsadlar törədib? – RƏSMİ AÇIQLAMA - FOTO
Hazırda oxunan: Güclü külək Bakıda hansı fəsadlar törədib? – RƏSMİ AÇIQLAMA - FOTO
635437
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































