Ödənişli yolda aşan “BMW X7”də ölən Eltonun – Fotosu

Hazırda oxunan: Ödənişli yolda aşan “BMW X7”də ölən Eltonun – Fotosu

634350

Xəbər verdiyimiz kimi, avqustun 31-nə keçən gecə Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli yolunda lüks avtomobilin qəzaya uğraması nəticəsində Biləsuvar rayonu sakini 24 yaşlı Elton Elşən oğlu Əsgərov həlak olub.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, mərhum Biləsuvarın Bəydili kəndində dəfn edilib.

Qeyd edək ki, ödənişli yolun Xaçmaz rayonundan keçən hissəsində “BMW X7” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin 24 yaşlı Biləsuvar sakini Əsgərov Elton Elşən oğlu hadisə yerində dünyasını dəyişib. Sürücü və maşında olan digər sərnişin isə ağır xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Qəzaya düşən avtomobilin bazar dəyəri 200 min manat civarındadır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin