Autizmli uşağın zorakılığa məruz qalması ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Autizmli uşağın zorakılığa məruz qalması ilə bağlı RƏSMİ AÇIQLAMA

634044

Autizm spektr pozuntusu olan yetkinlik yaşına çatmayan Aylinin (ad şərtidir) psixoloq yanında keçirilən məşğələ zamanı fiziki zorakılığa məruz qalması məsələsi araşdırılır.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
 

Onun sözlərinə görə, Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və Şirvan Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri tərəfindən uşağın yaşadığı ünvana ailə səfəri həyata keçirilib:


"Səfər zamanı ailənin sosial vəziyyəti və uşağın hazırkı durumu qiymətləndirilib, valideynlə söhbət aparılıb. Hazırda faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır. Hadisənin bütün faktiki hallarının müəyyənləşdirilməsi və hüquqi qiymət verilməsi istiqamətində müvafiq tədbirlər görülür".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin