39 nəfər XƏSTƏXANALIQ oldu – TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: 39 nəfər XƏSTƏXANALIQ oldu – TƏBİB-dən AÇIQLAMA

634034

Cari ilin iyul-avqust aylarında 39 nəfəri gün vurub.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

“09.07.2026-18.08.2026-cı il tarixlərində günvurma ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 8 nəfəri (3 qadın cinsli, 5 kişi cinsli) 18 yaşdan aşağı şəxslər, 31 nəfəri isə (14 qadın, 17 kişi) olmaqla, ümumilikdə 39 nəfərin müraciəti daxil olub”,-deyə verilən açıqlamada qeyd edilib.

Həmçinin bildirilib ki, müraciət edən 17 nəfər tibb müəssisələrinə təxliyə edilib, digər şəxslərə isə yerində ilkin tibbi yardım göstərilib. 

Nəzrin Mirzəyeva , Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin