Sürücülərin DİQQƏTİNƏ: Bakının bir sıra küçələrində təmir BAŞLAYIR

Hazırda oxunan: Sürücülərin DİQQƏTİNƏ: Bakının bir sıra küçələrində təmir BAŞLAYIR

634029

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə Bakının Binəqədi rayonunun Mirmahmud Kazımovski və Elçin Əzizov küçələrində, eləcə də Xəzər rayonunun Türkan–Hövsan şossesində və Suraxanı rayonunun Elzar Yusubov küçəsində təmir işləri aparır.

Bizim.Media bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, sabah saat 09:00-dan etibarən isə Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində təmir işlərinə başlanılacaq.

"Təmir işlərinin gedişindən asılı olaraq, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər. Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq. Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur", - deyə agentlik bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin