"Paxmel"dən sonra nə yemək lazımdır? -Həkim tövsiyəsi

Hazırda oxunan: "Paxmel"dən sonra nə yemək lazımdır? -Həkim tövsiyəsi

634022

Alkoqoldan sonra özünü pis hiss edən bir çox insan yağlı yeməklərə, turşuya və ya qəhvəyə üstünlük verir. Lakin həkim bu məşhur üsulların heç də hamısının faydalı olmadığını bildirib.
 
Bizim.Media xəbər verir ki, narkoloq və psixiatr Sergey Litkov alkoqoldan sonrakı halsızlıq zamanı yağlı qidaların vəziyyəti yaxşılaşdırmadığını deyib.
 
Onun sözlərinə görə, alkoqol qəbulundan sonra orqanizm susuzlaşma, su-duz balansının pozulması və intoksikasiya ilə üzləşir. Bu vəziyyəti dərhal aradan qaldıracaq universal məhsul yoxdur.
 
Mütəxəssis ilk növbədə maye qəbuluna diqqət yetirməyi tövsiyə edib. Adi su, qazsız mineral su və elektrolit məhlulları daha münasib hesab olunur.
 
İştaha yarandıqdan sonra isə toyuq bulyonu, yulaf sıyığı, omlet, banan, düyü və sobada bişirilmiş tərəvəzlər kimi yüngül qidalara üstünlük verilməlidir.
 

Həkim qeyd edib ki, şiş kabab, qızardılmış ət və fast-food alkoqolun təsirini neytrallaşdırmır, əksinə, mədə və qaraciyərin işini daha da çətinləşdirir. Turşu müəyyən qədər duz itkisini bərpa etsə də, intoksikasiyanı aradan qaldırmır. Sirkəli marinad isə mədəni qıcıqlandıra bilər.


Sergey Litkovun sözlərinə görə, güclü qəhvə də insanı ayıltmır. O, yalnız qısa müddətlik gümrahlıq hissi yaradır, lakin susuzlaşmanı aradan qaldırmır və təzyiq problemi olan şəxslərin vəziyyətini ağırlaşdıra bilər.

Mütəxəssis alkoqoldan sonra acılı və ədviyyatlı yeməklərdən, qızardılmış qidalardan, enerji içkilərindən və “sağalmaq üçün” yenidən alkoqol qəbulundan uzaq durmağı məsləhət görüb. Həkim vurğulayıb ki, iştaha yoxdursa, insan özünü məcbur edib yeməməlidir.

İlk növbədə maye itkisi bərpa edilməli, daha sonra tədricən normal qidalanmaya qayıdılmalıdır.

Çoxsaylı qusma, huşun itirilməsi, qıcolma və ya sinədə güclü ağrı müşahidə olunarsa, bu, ağır alkoqol intoksikasiyasının əlaməti ola bilər. Belə halda dərhal tibbi yardım çağırmaq lazımdır. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin