Naxçıvan şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yaşayış binasının 3-cü mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 29.5 kvadratmetr olan mənzilin mətbəx hissəsində quraşdırılan suqızdırıcı və paltaryuyan maşını yanıb. Mənzil digər əşyaları ilə birlikdə yanğından mühafizə olunub.
Bizim.Media


































































































