Bəhruz Nəzərov Təhsil TV-nin direktoru TƏYİN EDİLDİ

Hazırda oxunan: Bəhruz Nəzərov Təhsil TV-nin direktoru TƏYİN EDİLDİ

624426

Təhsil TV-nin direktoru vəzifəsinə Bəhruz Nəzərov təyin edilib.

Bizim.Media xəbər verir ki, əmək fəaliyyətinə media sahəsində başlayan Bəhruz Nəzərov müxtəlif illərdə "SPACE" Müstəqil Teleradio Şirkətində, "İnterfaks-Azərbaycan" İnformasiya Agentliyində, "ATV International" telekanalında, "Yurd TV"də müxtəlif vəzifələrdə çalışıb.
 

Bəhruz Nəzərov həmçinin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat xidmətinin rəhbəri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru, eyni zamanda "Oil and Industry" jurnalının baş redaktoru olub.


Bundan başqa, Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədr müavini, daha sonra isə İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.

Bəhruz Nəzərov 2012-ci ildə "Əməkdar jurnalist" fəxri adına, 2025-ci ildə isə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalına layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin