Paytaxt sakinlərinin NƏZƏRİNƏ! İki rayonunda işıq olmayacaq

Hazırda oxunan: Paytaxt sakinlərinin NƏZƏRİNƏ! İki rayonunda işıq olmayacaq

623499

Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bizim.Media-ya "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Kamal Rəhimov, Dadaş Bünyadzadə, Xaqan Dadaşov, Xıdır Mustafayev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 

Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar planlı fasilə Keşlə qəsəbəsi Mirzə Ələkbər Sabir və Energetik küçələrinin bəzi yerlərini əhatə edəcək.


Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin