Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Caqarqışlaq kəndində aprel şəhidi Əmiraslan Xəlil oğlu Xeyirbəyovun ailəsini ziyarət edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əvvəlcə şəhidin Caqarqışlaq kəndində xatirə lövhəsi ziyarət edilib.
Daha sonra icra başçısı şəhidin ailəsinə Əmiraslanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilmiş "Vətən uğrunda" medalını təqdim edib.
Şəhid ailəsi ilə həmsöhbət olan icra başçısı onların qayğı və problemləri ilə maraqlanıb. Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Əmiraslan Xəlil oğlu Xeyirbəyov 1996-cı il dekabr ayının 10-da Qusar rayonunun Caqarqışlaq kəndində doğulub. 2016-cı ilin aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olub, aprelin 9-da doğulduğu kənddə dəfn edilib.
Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.











Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.



































































































