Ağcabədidə ailə faciəsi: Arvadını ət baltası ilə öldürdü

Hazırda oxunan: Ağcabədidə ailə faciəsi: Arvadını ət baltası ilə öldürdü

610769

Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Əslən Ağdam rayonunun Mərzili kəndindən olan 1969-cu il təvəllüdlü Səlimov Ayaz Amanxan oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1978-ci il təvəllüdlü Səlimova Nəzakət Vidadi qızını qətlə yetirib.

Onun cinayəti mətbəxdə istifadə olunan ət baltası ilə törətdiyi bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən A.Səlimov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin