Birinci sinifə elektron qəbula bu tarixdə START VERİLƏCƏK – RƏSMİ

Hazırda oxunan: Birinci sinifə elektron qəbula bu tarixdə START VERİLƏCƏK – RƏSMİ

609854

"Mayın 1-dən 6-na qədər şagirdlərin birinci sinifə elektron qəbuluna start veriləcək, 1-6 may tarixlərində qeydiyyat prosesi davam edəcək".

Bizim.Media xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun bu gün keçirilən brifinqdə qeyd edib.

"Gəncə-Daşkəsən, Abşeron-Xızı, Bakı Şəhəri və Naxçıvanda prioritetli qəbul tətbiq olunacaq müəssisələrin siyahısı artıq elan edilib. Mayın 6-dan sonra isə valideynlər artıq müəllim və məktəb seçiminə başlaya bilərlər".

Eşqi Bağırov birinci sinifə keçid üçün hər hansı bir müsabiqənin nəzərdə tutulmadığını da vurğulayıb.

"Məktəbəqədər hazırlıq qruplarından təxmini 90 min şagird birbaşa birinci sinifə keçid edəcək, bunun üçün hər hansı bir müsabiqə nəzərdə tutulmur.Təhsilini digər dildə almaq istəyən şagirdlərin tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsbit edilib".

Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin