Bakı Metropoliteninin fəaliyyəti bərpa olunub.
Bu barədə Bizim.Media-ya "Bakı Metropoliteni" QSC-dən bildirilib.
"Xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib. Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik", - deyə məlumatda qeyd olunub.
14.51
Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.
Bu barədə Bizim.Media-ya “Bakı Metropoliteni”ndən məlumat verilib.
Xatırladaq ki, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Bu səbəbdən "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Nəzrin Mirzəyeva,Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:01 / 21.04.2026
Metronun fəaliyyəti BƏRPA OLUNDU - YENİLƏNİB
Hazırda oxunan: Metronun fəaliyyəti BƏRPA OLUNDU - YENİLƏNİB
Hazırda oxunan: Metronun fəaliyyəti BƏRPA OLUNDU - YENİLƏNİB
608434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































