Şahin Bağırov Neftçalada vətəndaşları qəbul edəcək

Hazırda oxunan: Şahin Bağırov Neftçalada vətəndaşları qəbul edəcək

607631
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov martın 10-da saat 10:00-da Neftçala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Neftçala şəhəri, Heydər Əliyev prospekti 34) Neftçala və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.
 
Qəbul zamanı Neftçala və Salyan  rayonları sakinlərinin  gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
 
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (//customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin