Qənirə Paşayeva axıska kökənli qazilərlə görüşüb- FOTOLAR

Hazırda oxunan: Qənirə Paşayeva axıska kökənli qazilərlə görüşüb- FOTOLAR

594426

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin Axıska kökənli bir qrup qazisi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Bu barədə  komitədən məlumat verilib. Bildirilib ki, yeni təqvim ilinin – “Heydər Əliyev İli”nin ilk ayında, Gənclər günü ərəfəsində qazilərlə görüşdən məmnunluq duydğunu bildirən Q.Paşayeva, Axıska kökənli vətəndaşlarımızla görüşlərin onunçün hər zaman əziz, doğma görüş olduğunu vurğulayıb: “Siz – əlinə silah alıb Azərbaycanın ərazi bütövlüyü uğrunda cəbhəyə gedən vətənpərvər qardaşlarımızla görüş isə ikiqat əziz və doğmadır. Sizin və cəbhə yoldaşlarınızın fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu.

Axıska kökənli şəhidlər – Milli Qəhrəmanımız, I Qarabağ müharibəsinin şəhidi İsgəndər Aznaurov, 44 günlük müharibədə şəhid olan Battal Bayraxtarov, Vüsal Şirinov, Musa Həmzəyev, Zeynalı Dursunov kimi Vətən oğullarının timsalında bütün şəhidlərimizin ruhu qarşısında dərin sayğılarla baş əyirik.

Sizin şəhid silahdaşlarınızın qanı yerdə qalmadı. Azərbaycan tarixi Zəfər qazandı.

Sizə mülki həyatda yeni uğurlar diləyirəm”!

Q.Paşayeva qazilərə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.
Qazilər Komitə sədri ilə öz cəbhə xatirələrini bölüşüb və səmimi görüş üçün təşəkkür edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin