Bu gün tanınmış ictimai xadim, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədovun 60 yaşı tamam olur. Bu münasibətlə sosial şəbəkələr ona ünvanlanan yubiley təbrikləri ilə doludur. Hamı onun şəninə xoş sözlər yağdırır.
Ədliyyə Nazirliyi İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova da öz sosial şəbəkə hesabında yubilyarı tərik edib:
"Vətənaş cəmiyyətinin ən parlaq və peşəkar nümayəndələrindən biri, təkcə bizim deyil, hamının dostu olan dəyərli və hörmətli Sahib müəllimi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Ona möhkəm can sağlığı və bundan sonra da əzmkar fəaliyyətində uğurlar arzu edirəm! Ümid edirəm ki, Sahib müəllim hələ uzun-uzun illər vətəndaş cəmiyyətinə və bütövlükdə cəmiyyətimizə faydalı ideyalar, töhfələr verəcək!"
Moderator.az da bu təbriklərə qoşulur və dostumuzu 60 illik yubileyi münasibətilə təbrik edir, can sağlığı və uğurlar arzulayır.

































































































