Təxminən bir ay öncə övladı qətlə yetirilmiş bir ana Moderator.az-a müraciət edərək istintaqın ədaləti axtamaq əvəzinə cinayəti ört-basdır etdiyindən, qətli törətmiş şəxsin kimliyi bəlli olduğu halda münaiqşədə iştirak edən başqa bir şəxsin cinayəti öz üstünə götürdüyündən şikayət etmişdi. Biz də hadisəni ictimailəşdirərək Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənmişdik. Nazirlik iddia edirdi ki, ananın ittihamları əsassızdır və baş vermiş cinayətin əsas günahkarları barəsində lazımi hüquqi ölçü götürülüb.
Xatırladaq ki,
Atlas Orucova oğlunun qanının batırılmasında Nərimanov Rayon prokuroru Fikrət
Mahmudovu və həmin rayonun polis idarəsinin rəis müavini Nadir Məmmədovu
ittiham edərək onların qətli törətmiş Emin Səfərovun müdafiə etmələrini
bildirmişdi.
Atlas Orucova saytımız vasitəsilə səhiyyə naziri Oqtay Şirəliyevə də müarciət edərək oğlunu qətlə yetirmiş Emin Səfərovun hüquq-mühafizə orqanlarındakı himayədarlarının əliylə Maştağadakı 1 saylı ruhi əsəb dispanserinə yerləşdirilməsini araşdırmağı, həkim Bilal Əsədovun şəxsi maraqları naminə vəzifəsindən sui-istifadə etməsinə biganə qalmamağı xahiş edib.
Moderator.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Anar Qədirli Atlas Orucovaya məsələnin araşdırılması üçün təmsilçisi olduğu quruma rəsmi müraciət etməyi məsləhət gördü:
“Əgər bir insan xəstədirsə. onun xəstəliyini təsbit etmək
üçün komissiya araşdırma apararaq öz rəyini verir. Xəstə deyilsə komissiya heç
bir halda kimsə xətsə olması barədə rəy verə bilməz. Yaxşı olar ki, Atlas xanım
rəsmi olaraq Səhiyyə Nazirliyinə müraciət etsin bu haldan sonra isə məsələ ilə bağlı Bakı Baş Səhiyyə İdarəsi
araşdırma apara bilər.”






























































































