Gülər Əhmədovanın halı yenə pisləşdi, məhkəmə təxirə salındı

Hazırda oxunan: Gülər Əhmədovanın halı yenə pisləşdi, məhkəmə təxirə salındı

37165
Sabiq millət vəkili Gülər Əhmədovanın bu gün saat 10.30-a təyin edilmiş məhkəməsi hələ də başlamayıb. Bu barədə musavat.com-a "Yeni Müsavat"ın məhkəmə iclasını işıqlandıran reportyoru xəbər verib. 

Əməkdaşımızın verdiyi xəbərə görə, ötən dəfəki prosesdə sağlıq durumunda problem yaranmış və həkimlərin müdaxiləsinə düçar olmuş G.Əhmədovanın halı bu gün də, məhkəmədən bir az öncə pisləşib, həkimlər ona yenidən tibbi yardım göstəriblər.

Məhkəmənin başlanmasının gecikməsini bununla izah edən məhkəmə personalı jurnalistlərə prosesin saat 12-də başlanacağını bildiriblər. Ancaq sonra elan edilib ki, məhkəmə bu gün davam etdirilməyəcək, ona görə ki, G.Əhmədovanın vəkili Masallıya yas yerinə gedib.

Beləliklə, sözü gedən məhkəmə prosesi sabah saat 10.30-da davam etdiriləcək.

  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin