Natiq Miri: “Separatçı kürdlər vəziyyəti daha da gərginləşdirəcək”

Hazırda oxunan: Natiq Miri: “Separatçı kürdlər vəziyyəti daha da gərginləşdirəcək”

34620

Türkiyənin baş naziri Rəcəp Tayyib  Ərdoğanın elan elədiyi Demokratikləşmə Paketi və kürdlərin ana dilində tədrisinə yaşıl işıq yandırması qardaş ölkədə olduğu kimi Azərbaycanda da diqqətlə izlənməkdədir.  Bəs görəsən Ərdoğan nə dərəcədə səmimidir və qəbul olunan bu layihə Türkiyədə uzun müddətdir davam edən Kürd probleminin həll olunmasına öz töhvəsini verə biləcəkmi ?


Moderator.az-a açıqlama verən politoloq Natiq Mirinin sözlərinə görə, AKP iqtidarının  hazırladığı bu qanun layihəsi Türkiyə cəmiyyətinin bir çox maraqlarına xidmət edəcək bir qanundur:


“Kürdlərlə  bağlı məsələyə gəldikdə isə, hesab edirəm ki, bu demokratikləşmə paketini Kürd xalqının böyük bir qismi müsbət qarşılayacaq. AKP iqtidarının bu qanun layihəsini qəbul etməyənlər isə separatçılığa meyilli olan kürdlərdir. Onlar xarici havadarlarının dəstəyi ilə Türkiyədə olan bu problemi hər zaman gündəmdə saxlamaq və vəziyyəti daha da gərginləşdirmək istəyirlər. Ona görə də mən hesab edirəm ki,separatçılar Türkiyədə olan mövcud durumu daha da gərginləşdirəcək və qəbul olunan  yeni Demokratikləşmə Paketi  “Kürd sorunu” nu həll edə bilməyəcək. 


Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin