Q.Markaryan deyib ki, Ermənistan MDB Gömrük İttifaqına qoşulandan sonra Dağlıq Qarabağla sərhədə gömrük postu yerləşdirməli olacaq.
“Lakin buna neqativ yanaşmaq lazım deyil. Çünki bununla təsdiqlənəcək ki, Dağlıq Qarabağ Ermənistanın bir hissəsi deyil, müstəqil ərazidir” - deyə Q.Markaryan bildirib.
Qarabağ daşnaklarına bağlı lragir.am saytı Markaryanın bu bəyanatını qəzəblə qarşılayıb və onu məhkəməyə verməyə çağırıb. Sayt Markaryanın “ermənilərin qanı hesabına alınmış torpaqları pulla satmağa çağırışda” ittiham edir.
“Qoy Qaqik Markaryan Azərbaycana öz evini, öz doğma kəndini satsın, aldığı pula da Gömrük İttifaqı ilə ticarətə girsin” - deyə erməni saytı yazır.
Moderator.az



































































































