Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Atatürk parkındakı ictimai iaşə obyektlərinin sökülməsi ilə bağlı qərar verib.
Əslində tarixi şəxsiyyətlərimizin adına olan digər parklarda da ictimai iaşə obyektlərinin, ticarət mərkəzlərinin sökülməsi məqsədəuyğun olmazmı? Tarixi şəxsiyyətlərin adını daşıyan parklarda mini bazarların, qəlyanxanaların və s. açılması nə dərəcədə doğrudur?
Moderator.az-a açıqlama verən xa0BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli Bakı şəhər merinin məlum qərarını dəstəklədiyini vurğuladı:
“Hesab edirəm ki, bu düzgün qərardır. Əslində həmin bağlar adına olan tarixi şəxsiyyətlərin anıldığı yerdir. Həmin bağlarda həmin şəxsiyyətlərin adına muzeylər açılmalı, onların fəaliyyətlərini əks etdirən eksponatlar olmalıdır. Atatürk də belə şəxsiyyətlərdən biridir. Hesab edirəm ki, həmin parkda onun fəaliyyətini əks etdirən nələrsə yaradılmaldır. Parka gələnlər içərisində xarici qonaqlar da vardır. Bu onlar üçün də ən yaxşı gəzinti yeri olardı. Bu mənada bu cür qərarları dəstəkləyirəm”.
xa0
Seymur ƏLİYEV
































































































