Elmira Axundova ünvanlı sosial yardımın ləğvini İSTƏDİ

Hazırda oxunan: Elmira Axundova ünvanlı sosial yardımın ləğvini İSTƏDİ

246631

“Bu gün Azərbaycanda doğum əvvəlki illərlə müqayisədə aşağı düşüb. Bunun qarşısının alınması istiqamətində yeni doğulan uşaqlara ayrılan müavinətin həcmi artırıla bilər”.

xa0

Moderator.az-ın məlumatına görə, bunu deputat Elmira Axundova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqaında” qanun layihələrinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, bu gün bir çox ailələr yeni doğulan uşağa ayrılan birdəfəlik müavinəti əldə etməyi özünə sığışdırmır: xa0

xa0

“Çünki hər birimizə məlumdur ki, bu gün yeni doğulan uşağın xərci ona ayrılan müavinətin rəqəmindən 10 dəfə çoxdur. Bu baxımdan heç olmasa ailələrdə ikinci və üçüncü uşaqlar dünyaya gələndə onlar üçün birdəfəlik müavinətin məbləği birinci uşaqla müqayisədə 100-200 manat artıq olsun. Bu, gənclərimizi stimullaşdıra bilər”.

xa0

E. Axundova qeyd edib ki, bu gün ən çox rast gəlinən problemlərdən biri ünvanlı sosial yardımla bağlıdır.

xa0

“Ünvanlı sosial yardım birdəfəlik ləğv olunsa daha yaşı olar. Bunun tamamilə özünüməşğulluqla əvəz olunması daha təqdirə layiq olar. Ünvanlı sosial yardım uşaq pulu ilə də əvəz oluna bilər”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin