Şəhidlik ömrü ilə dünya ömrü tən oldu...- Uğrunda şəhid olduğu torpaq hələ də düşməndə...

Hazırda oxunan: Şəhidlik ömrü ilə dünya ömrü tən oldu...- Uğrunda şəhid olduğu torpaq hələ də düşməndə...

243255
Bu gün həyatda qalan əzizlərini, dostlarını o cümlədən həmyaşıd orta məktəb yoldaşlarını səndən xoşbəxt sananlar yanılırlar, zənnimcə, torpaqlarımız uğrunda canını fəda edən qeyrətli dost!.. Çünki sən artıqxa0 şəhidlik zirvəsindəsən, bizsə hələ bu günah bataqlığı olan dünyanın qayğıları ilə çabalayırıq... Sən 25xa0 illik dünya ömrünü şərəflə tamamlayıb 25 ildir Allah dərgahında -Cənnət kandarında daha gözəl günləri gözləyirsən. Bizlər –xa0 fitnə-fəsad dolu Yer üzündə 50-ci il mövcud olan həmyaşıdların isə 25 ildən çoxdur Qarabağ, Şuşa, Laçın, Kəlbəcər, Ağdam... həsrətindəyik. 25 ildən çoxdur sənin uğrunda həlak olduğun torpaqları, sənin doğma kəndini azad edib qisasınıxa0 ala bilməmişik... Biz hələxa0 Qiyamət günü Allahın qarşısında nə cavab verəcəymizi düşünürük. Sən isə artıq Vətən, xalq qarşısındakı borcunu layiqincə ödəyib can əmanətinixa0 şərəflə Yaradana qaytarmısan, sən sorğu-sualsız Cənnnətdə qalacaqcan, inşallah!.. Vay əlini-əlinin üstünə qoyub ermənipərəst ABŞ-dan, Rusiyadan, Fransadan, BMT-dən, ATƏT-dən, AŞ-dan-filandanxa0 torpaqlarımızı azad edəcəklərini uman, gününü yalnız gündəlik çörək, maşın, ev, ailə qayğısıylaxa0 keçirən bizlərin gününə!..xa0
Yaradan bağışlasın bizi! Sən də bağışla, əziz dost!.. Torpağımıza dönə bilməsək də, Allah Onun, Vətənin, Qarabağın uğrunda, şərəfli ölümlə yanına gəlməyi qismət etsin bizlərə!..
Eyni məktəbdə eyni sinifdə oxuduğumuz şəhid Kamal Cabbarovla bağlı xatirələrimi bu il iyunun 30-da 50 illik yubileyinin tamamında da yazmışdım(bax://www.moderator.az/news/231108.html)... Dünən –oktyabrın 10-da isə şəhid məzarına qoyulmasından 25 il ötdü...
Cabbarov Kamal Bəbəş oğlu 1968-ci ildə Laçın rayonunun Fətəlipəyə kəndində anadan olub.xa0 1985-ci ildə Ağanus kənd orta məktəbini bitirib. 1986-1988-ci illərdə sovet ordusunda hərbi xidmətdə olub.
1989-cu ildə Mingəçevir Politexnik Texnikumunu bitirib. 1993-cü ildə Milli Ordu sıralarına daxil olaraqxa0 cəbhəyə yollanıb. Cəbrayıl rayonunun Daşbaşı kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanıb və 1993-cü ilin oktyabr ayının 9-da ŞƏHİD olub. Oktyabrın 10-da Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.
Allah rəhmət eləsin!..
Allah dərgahında görüşmək ümidi ilə:

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin