“Rahimin ölümündən sonra tək qalacağımı düşünürdüm, amma...”x9d

Hazırda oxunan: “Rahimin ölümündən sonra tək qalacağımı düşünürdüm, amma...”x9d

198164

Bu gün Mingəçevir Dram Teatrında aprel döyüşlərində şəhid olan tank komandiri Rahim Tağıyevlə bağlı sənədli filmin təqdimatı reallaşıb.xa0


Bununla bağlı Moderator.az-a açıqlama verən şəhidin həyat yoldaşı Vüsalə Tağıyeva təqdimatın yüksək səviyyədə təşkil edildiyini, filmdə R.Tağıyevin ömür yoluna işıq salındığını bildirib:

“R.Tağıyevlə bağlı filmin təqdimatı Mingəçevir Dram Teatrına yüksək səviyyədə təşkil olundu. Mən bu filmin ərsəyə gəlməsində, təqdimatında əziyyəti olan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm.

Təxminən yarım saat davam edən film “Şəhidliyin Rahim Tağıyev zirvəsi”x9d adlanır. Film R.Tağıyevə, onun həyat və döyüş yoluna həsr edilmişdi.

Həmin filmdə R.Tağıyevin hərbçi yoldaşları, ailə üzvləri, iş yoldaşları, sinif yoldaşı onunla bağlı öz xatirələrini dilə gətirib. Filmdə R.Tağıyevin oxuduğu orta məktəb, xidmət etdiyi hərbi hissədən də süjetlər yer alıb”x9d.

V.Tağıyeva bu kimi addımların şəhid ailəlrini mənəvi situmul verdiyini, habelə gənc nəslin vətənpərvərlik əhval-ruhiyyəsində tərbiyəsi baxımından da mühüm rol oynadığını vurğuladı.

“Rahimin ölümündən sonra tək qalacağımı düşünürdüm. İçimdə bununla bağlı bir qorxu hiss var idi. Sağ olsun ki, dövlətimiz bizi tək qoymadı. Bu və bu kimi addımlarla yanımızda olduqlarını, bizə dəstək verdiklərini göstərdilər.

Övladlarımın oxuduğu məktəbin kollektivi də təqdirmatda iştirak edirdi. Hərbi hissədən də xeyli sayda şəxs bu tədbirdə iştirak edirdi.

Rahim haqqında belə bir filmin çəkilməsi bizi çox sevindirdi. Bu film Rahim və onun timsalında aprel şəhidlərimizin təbliği, tanıdılması baxmından mühüm önəm kəsb edir. Mən bu filmin çəkilməsində zəhməti olan hər kəsə bir daha öz minntdarlığımı bildirir, dövlətimizə təşəkkür edirəm”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin