Əli Məsimlidən tələbələrə ustad dərsi

Hazırda oxunan: Əli Məsimlidən tələbələrə ustad dərsi

196616
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Milli Məclisinin deputatı, “İqtisadi və Sosial İnnovasiyalar İnstitutu”x9dnun rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əli Məsimlinin “Azərbaycan Respublikasında qanun yaradıcılığı prosesinin təşkili, İqtisadi qanunvericilik sahəsində səmərəliliyin artırılması və onun müasir çağırışlara uyğun şəkildə təkmilləşdirilməsi istiqamətindəxa0 həyata keçirilmiş tədbirlər, perspektiv planlar”x9d mövzusunda ustad dərsi keçirilib.xa0


Moderator.az-ın məlumatına görə, dərsdə ADPU-nun Şəki filialının müəllimləri və tələbələr iştirak ediblər.

Filialın direktoru r.ü.e.d. Rafiq Rasulov tədbiri açaraq bu gün təşkil edilənxa0 ustad dərsinin keçirilməsində əsas məqsədin qanunverici hakimiyyətin fəaliyyətinin əsas istiqamətləri ilə tələbələri tanış etmək olduğunu və deputat Əli Məsimli ilə əldə edilmiş razılaşmaya əsasən gələcəkdə də tədrisxa0 ili ərzində dövrü olaraq bir neçə dəfə filialın müəllim və tələbələrinin maraq dairələrinə daxil olan müxtəlif mövzularda ustad dərslərinin təşkil ediləcəyini vurğulayıb. Daha sonra sözü millət vəkilixa0 Əli Məsimliyə verib.

Ustad dərsində Milli Məclisin fəaliyyətinin konstitusion əsasları, onun daxili nizamnaməsi və komitələrinin fəaliyyəti haqqında geniş söhbət açılıb, qanunverici orqanda qanun yaradıcılığı prosesindən ətraflı bəhs edilib, yeni qanunların hazırlanması zamanı əsas tutulan başlıca hüquqi norma və prinsiplər, onların mahiyyəti haqqındaxa0 ətraflı məlumat verilib.

Ustad dərsinin gedişində Azərbaycan Respublikasında iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülmüş işlər haqqında məlumat verilib və qeyd edilib ki, islahatların dərinləşdirilməsi və genişləndirilməsi iqtisadiyyatın şaxələnməsinin və inkişafının hüquqi tənzimlənməsinə xidmət etməli olduğundan bu istiqamətdə səmərəli və müasir çağırışlara cavab verən qanunvericilik bazasının formalaşdırılması və həmin qanunların uğurlu icra mexanizmlərinin tapılması olduqca vacibdir.xa0

Daha sonra Əli Məsimli Azərbaycan Respublikasında qanunvericilik təşəbbüsünün subyektlərindən biri kimi ötən illər ərzində gördüyü işlər və hazırladığı qanun layihələri haqqında ətraflı məlumat verib. Natiq Milli Məclisin 2017-ci ilin payız sessiyasının qanunvericilik işləri planında həyata keçirilməsi nəzərdə tutulan məsələlər haqqında ətraflı məlumat verərək, millət vəkili kimi payız sessiyasında fəaliyyətinin əsas prioritet istiqamətləri haqqında söhbət açıb.

Sonda Əli Məsimli dərs iştirakçılarının suallarını cavablandırıb.

2017-ci ilin oktyabr ayının 25-də Şəkiyə səfəri çərçivəsində Milli Məclisin deputatı Əli Məsimlixa0 həmçinin “Şəki İpək”x9d ASC-də olaraq, istehsal prosesi iləxa0 yaxından tanış olmuşdur. Müəssisənin rəhbərliyi və işçilərlə söhbət zamanı qədim ənənələrə malik olan bu müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində həyata keçirilməli olan tədbirlər barədə fikir mübadiləsi aparmış, bu istiqamətdə geniş bir konsepsiyanın hazırlanması istiqamətində razılıq əldə edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin