23 fevral hələ də bu ölkələrdə qeyd olunur...

Hazırda oxunan: 23 fevral hələ də bu ölkələrdə qeyd olunur...

169832
Fevralın 23-ü keçmiş SSRİ-də ordu günü kimi qeyd olunurdu. Həmin gün Bakıdan Vladivostoka, Kalininqraddan Daşkəndə qədər nəhəng Sovet ölkəsinin vətəndaşları bir-birini təbrik edirdilər.
xa0
Bu bayramın tarixi 1918-ci ilin 23 fevralında baş verən hadisələrlə bağlıdır. Həmin tarixdə yenicə formalaşmaqda olan Qırmızı Qvardiya hissələri (gələcək Qırmızı Ordu) Pskov yaxınlığında almanlarla üz-üzə gəlmişdi. Qırmızı Qvardiya ilk dəfə iştirtak etdiyi döyüşdə almanların hücumunu müvəffəqiyyətlə dəf edə bilmişdi. Məhz bu ilk qələbədən sonra - 1923-cü ildə Sovet İttifaqı qurulduqda 23 fevralı Qırmızı Ordunun yarandığı gün kimi qeyd etməyə başladılar.

1923-1946-cı illərdə 23 fevral tarixi “Qırmızı Ordu və Donanma Günü”x9d, 1946-1993-cü illərdə isə “Sovet Ordusu və Hərbi Dəniz Donanması Günü”x9d kimi qeyd olunmağa başladı.
xa0
Sovet İttifaqının dağılmasından sonra müttəfiq respublikaların əksəriyyəti öz Milli Ordu gününü qeyd etməyə başlasalar da, bəzi ölkələr sovet ənənəsini qoruyub-saxladılar. Belə ki, bu tarix Rusiyada “Vətən Müdafiəçiləri Günü”x9d adı ilə dövlət bayramıdır.xa0

Bundan başqa, Belarus, Qırğızıstan və Tacikistan da 23 fevralı qeyri-iş günü kimi rəsmi səviyyədə qeyd edir.
xa0
Azərbaycanın da daxil olduğu digər postsovet respublikalarında isə 23 fevral günü əhalinin bir hissəsi tərəfindən qeyri-rəsmi bayram kimi qeyd edilir. Bunu qeyd edənlər isə əsasən yaşlı nəsildir...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin