"Maaşdan əlavə 300 min manat paket alan nazirlərin yorğanları hansı razmerdə olacaq?"

Hazırda oxunan: "Maaşdan əlavə 300 min manat paket alan nazirlərin yorğanları hansı razmerdə olacaq?"

160722
Milli Məclisin sədr müavini və İnsan hüquqları komitəsinin sədri Bahar Muradovanın bir çıxışına bir neçə sualım.
Birinci, B.Muradova 2017-ci il büdcə layihəsi ilə əlaqədar bildirib ki, “müvafiq qurumlar öz işlərinin öhdəsindən layiqincə gəliblər, mövcud durumu doğru-düzgün dəyərləndiriblər”x9d.xa0

Xanım Muradova həmin şəxslər, artıq iş işdən keçəndən sonra, büdcənin boş olduğunu bildiriblər. Onda illər öncə biz büdcənin talanından yazanda nə üçün bizi “ölkənin analoqsuz inkişafına paxıllıq etməkdə ittiham edirdiniz?

İkinci, B. Muradova xəbərdarlıq edir ki, “hər kəs ayağını yorğanına görə uzatmalıdır”x9d. Anladım. Onda deyin görək aylıq 200 manat maaş alan müəllimin, həkimin və maaşdan əlavə 300 min manat paket alan nazirlərin yorğanları hansı razmerdə olacaq?

Üçüncü, B. Muradova bildirir ki, “2017-ci ilin daha çətin olacağını nəzərə alaraq hökumətdən gözləntilərinizi sonraya saxlayın”x9d. Çox gözəl. Bahar xanım, elədirsə onda bu hökümət kimə və nəyə lazımdır? Bu acgöz hökümət üzvlərini saxlamaq üçün onsuz da boş olan büdcədən milyardları xərcləməyə dəyərmi?xa0

Dördüncü, “insanlar qənaət rejiminə keçsin, əhali yoxsul yaşamağa öyrəşsin”x9d deyən B. Muradova bunun yollarını da göstərsin. 300 “üzən”x9d manata qənaət etməklə 5 nəfərdən ibarət ailəni saxlamaq yollarını göstərən Bahar xanımın namizədliyini iqtisad nominasiyasında Nobel mükafatına şəxsən özüm irəli sürəcəm.

Aslan İsmayılov, tanınmış hüquqşünas
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin