Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
xa0Prezident İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.xa0
Sənədə əsasən, qırx dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sabunçu-Ramana avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları”x9d Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,6 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi və “Azəravtoyol”x9d Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.






































































































