Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı -FOTO

Hazırda oxunan: Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı -FOTO

154480

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək”x9d qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin