"Şəxsi hikkələrimizi boğmağı bacarmalıyıq"

Hazırda oxunan: "Şəxsi hikkələrimizi boğmağı bacarmalıyıq"

116848
Tanınmış vəkil Qurban Məmmədov dekabr ayının sonu “Kapital bank”x9dın bankomatında üzləşdiyi problemlə bağlı bankı məhkəməyə verəcəyini açıqlamışdı. O, bu addımı məhkəmənin xüsusi qərardad qəbul etməsi ilə başqa vətəndaşlarımızın, xüsusilə də, xəstələrin, pensiyaçıların bu problemi yaşamaması üçün atdığını bildirmişdi.

Tanınmış vəkil Qurban Məmmədov bu məsələ ilə bağlı Moderator.az -ın suallarını cavablandırıb:

Qurban bəy, “Kapital Bank”x9dı məhkəməyə verəcəyinizi bildirmişdiniz. Nə oldu, məhkəməyə müraciət etdinizmi?

-Yox, fikrimdən daşındım.

-Niyə? Nə baş verdi, üzr istədilər, yoxsa nəsə oldu?

-Yox, nə üzr istədilər, nə də nəsə baş verdi. Üzrlərinə zatən ehtiyacım yoxdur və elələrindən belə davranış gözləmək də yersizdir.

-Bəs niyə bağışladınız? Cəmiyyətdə, bilirsiniz ki, bu bankdan çoxlu şikayət və narazılıqlar var.

-Bilirsinizmi, elə dəyərlər var ki, onlara etinasız yanaşmaq olmur. Bəzi anlarda şəxsi maraqlar qurban verilməli, şəxsi hikkələrimizi boğmağı bacarmalıyıq. İndi olduqca həssas dönəmdir. Əhali arasında düşə biləcək istənilən panika dövlətçiliyimizə uzun müddət sağalmayacaq yaralar vura bilər. Bu gün banklara qarşı güvənsizlik duyğusu cəmiyyəti bürüyərsə, hamı əmanətlərini banklardan çəkər, bank xidmətlərindən istifadə etməkdən imtina edər. Bu isə bankları çökdürər və nəticədə elə bir xaos yaranar ki, dövlətçiliyimiz sağalmaz yara alar, milyardlarla ziyan çəkərik. Əksinə, düşündüm ki, bu arada banklara daha çox ziyan dəyməməsi və bankların da onlara borcu olan vətəndaşlara devalvasiya nəticəsində dəyən ziyanın aradan qaldırılmasında yardımçı olmaları üçün cəmiyyətdə qarşılıqlı etimad və hörmət mühitinin yaradılması daha çox vacibdir.

-Sizcə, banklar vətəndaşlara, borclulara güzəşt edəcəkmi? 

-Mən öz üzərimə düşəni edirəm. Hərə özünə cavabdehdir. Axirətdə də heç kim başqasının əvəzinə sorğu-sual edilməyəcək. Banklar başa düşməlidirlər ki, indi yaranmış vəziyyətin tək səbəbkarı dövlətdir, vətəndaş yox. Bu problemin həlli yolu mülki qanunvericilikdə göstərilib. Sadəcə olaraq, qanunun gücündən, verdiyi imkanlardan istifadə etmək lazımdır.

-Qanun nə deyir bu məsələdə? Bəlkə bir qədər ətraflı izah edəsiniz.

-Mülki Məcəllənin 557-ci maddəsində deyilir: “Dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Bu halda, dövlət və ya bələdiyyə, vurulmuş ziyanla əlaqədar verilə bilən iddialar üzrə reqressant qismində çıxış edir və bunun nəticəsində zərər çəkmiş tərəflər bu Məcəllənin 19 və 22-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər.”x9d

Göründüyü kimi, qanunvericinin mövqeyi tam aydındır. Banklar vətəndaşlardan borclarını 21 dekabr 2015-ci ildədək ödədikləri məzənnə ilə qəbul etməli, devalvasiya nəticəsində onlara dəymiş ziyanı isə dövlətdən tələb etməlidirlər. Qanuni yol budur. 

Yoxsa, bəzi məmurların qabiliyyətsizliyinin, oğurluğunun, talançılığının və dövlətin də öz funksiyalarını vaxtında  və lazımınca yerinə yetirməməsinin nəticələrini vətəndaşa yükləmək, dövlətçilik baxımından ən səhv mövqedir.
-Sağ olun, Qurban bəy.
-Siz sağ olun !!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin