“Bizi Heydər Əsədov və Mamed Musayev kimilərinin ümidinə qoymayın...”x9d

Hazırda oxunan: “Bizi Heydər Əsədov və Mamed Musayev kimilərinin ümidinə qoymayın...”x9d

105872
Azərbaycan Respubilkası Prezidenti İ. Əliyev cənablarina xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0

Cənab Prezident!

Mən Sabirabad rayonu Zəngənə kəndində ÇTS - Aqro MMC şirkəti ilə müqavilə əsasında 210 hektar pambıq əkmişəm. Məlum Beynəlxalq Bank hadisələrindən sonra şirkət normal fəaliyyət göstərə bilmədi və biz çox böyük çətinliklər çəkdik. Eşitdiymizə görə Sizin tərəfinizdən xüsusi göstəriş olub ki, ÇTS-Aqro MMC-nin maliyyələşməsi «Aqrarkredit» Səhmdar Kredit Təşkilatıxa0tərəfindən həyata keçirilsin.

Cənab Prezident! «Aqrarkredit» Səhmdar Kredit Təşkilatının sədri Mamed Musayev Sizin göstərişinizə məhəl qoymur. Mən qəbul məntəqəsinə verdiyim pambığın pulunu ala bilmirəm. Məntəqə işçilərinin, xüsusilə də traktorçuların əmək haqlarını aylardır ala bilməməsi səbəbindən hələ sahələrdə yığılmamış xeyli pambığımız qalıb.

Cənab Prezident!

Artıq taxıl əkini mövsümü başa çatmaq üzrə olsa da mənim nə yer şumlamağa, nə də toxum almağa pulum yoxdur. Ötən il 110 hektar taxıl əkməyimə baxmayaraq bu il bir hektar da taxıl əkməmişəm. Məhz Mamed Musayev kimi insanların səhlənkarlığı və laqeydliyi üzündən mən və mənim kimi yüzlərlə insan yaman günlərə qalmışıq. Sizdən acizanə şəkildə xahiş edirəm ki, ölkə fermərlərinin müflis olmasında kənd təsərrüfatı naziri Heydər əsədovdan geri qalmayan Mamed Musayev haqqında təcili və ciddi tədbirlər görəsiniz. Bəlkə nəhayət o da mövcud reallığı dərk edərək insan taleyi ilə oynamağa son qoyar.

Cənab Prezident!

Bütün məmləkət insanlarının, o cümlədən gün - güzəranı torpaqdan çıxan on minlərlə fermerin, kəndlinin yeganə ümidi Sizsiniz. Bizi Heydər Əsədov və Mamed Musayev kimilərinin ümidinə qoymayın. Onlar bizlərə gün ağlayacaq biriləri deyil. Əksinə, bizləri ağlar günə qoyduqları ortada. Odur ki, ölkə fermerlərinin gerçəkdən qayğısına qalacaq, kənd təsərrüfatının real inkişafına can yandıracaq yeni komanda formalaşdırmağınızı xahiş edir, Sizə qabaqcadan təşəkürümü bildirirəm. xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0

Hörmətlə Sabirabad rayonu Zəngənə kənd sakini Əsgərov Fəxrəddin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin