Səməd Vurğun dil açıb Hacıbala Abutalıbovdan soruşmaq istəyir - FOTOLAR

Hazırda oxunan: Səməd Vurğun dil açıb Hacıbala Abutalıbovdan soruşmaq istəyir - FOTOLAR

105285
Dəyərli oxucular! Bəlkə də bu fotoları şərhsiz də təqdim etmək olardı. Diribaş oxucu dərhal niyyətimizi və ittiham hədəfimizin ünvanını biləcəkdi. Biləcəkdi ki, bu ölkədə maşın plyonkasından tutmuş yumurtaya, dayanacaqdakı 20 qəpik xidmət haqqından tutmuş gömrükdən keçirilən bir rulon kolbasaya və ya digər ərzaq məhsulunadək hər şey üçün prezident ona görə müşavirə keçirmək zorunda qalıb ki, idarəetmə mexanimzi sadəcə iflic olub. 

Elə ona görə də belə getsə srağagün AMEA - nın yaradılmasının 70 illik yubileyi tədbirində çıxış edən prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması haqqındakı fikirləri azlıq edəcək, növbəti dəfə Hacıbala Abutalıbovun etməli olduğu işlərin siyahısı sadalanacaq, o zaman mer anlayacaq ki, "Azərbaycanda bircə kişi var" deməsi də onu danlanmaqdan xilas etməyəcək...

Bircə stəkan qızılı rəng nə olan şeydir ki, illərdir Səməd Vurğunun heykəlindəki postamentə vurulmuş "El bilir ki, sən mənimsən" misrasıyla başlayan bir bənd şeirin kənardan oxunması təmin edilsin? Yaxud biz 15 ildir latın dilinə keçsək də hələ də Səməd Vurğunun heykəlinin postamentində kiril əlifbasıyla ad - soyad bu millətə gözdağı olub? Bunu etmək bu qədərmi zor? Allahdan qorxmadıqları, qanundan çəkinmədikləri bəlli, dövlət başçısı İlham Əliyevin qəzəbindən də qorxmurmu bu məmur sürüsü...?
Səməd Vurğun dil açıb Hacıbala Abutalıbovdan soruşmaq istəyir <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/9619.jpg">Səməd Vurğun dil açıb Hacıbala Abutalıbovdan soruşmaq istəyir <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/9620.jpg">Səməd Vurğun dil açıb Hacıbala Abutalıbovdan soruşmaq istəyir <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/9621.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin