Rusiya 2014-cü ildə Azərbaycana hansı silahları satıb?

Hazırda oxunan: Rusiya 2014-cü ildə Azərbaycana hansı silahları satıb?

102296
Rusiya 2014-cü ildə Azərbaycana silah satışı barədə rəqəmləri açıqlayıb.

Moderator.az-ın “AzeriDefence”x9da istinadən məlumatına görə, Rusiyanın BMT-nin Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda bu bilgilər yer alıb.

Hesabatda qeyd olunub ki, 2014-cü ildə Rusiya Azərbaycana 65 ədəd tank (T-90S), 78 ədəd zirehli döyüş maşını (BMP-3), 118 ədəd böyek kalibrli artilleriya sisteminin satışını həyata keçirib.

Qeyd edək ki, 2014-cü ildə Rusiya postsovet məkanında Azərbaycandan başqa yalnız Qazaxıstana silah və texnika satışı (6 ədəd artilleriya sistemi, 2 helikopter) həyata keçirib.

BMT Adi Silahlar Registrində yer alan məlumata görə, Rusiya 2013-cü ildə Azərbaycana 10 tank, 10 ədəd piyada döyüş maşını, 438 ədəd artilleriya sistemi və 25 zərbə helikopteri satıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin