1991-ci ildən bəri mütəmadi olaraq hər ilin 28 may tarixi Respublika Günü, xa0Xalq Cümhuriyyətimizin elanı, xa0Azərbaycan istiqlalının simgəsi olan İstiqlal bayramımız kimi qeyd olunur. Ancaq həmin tarix ətrafında müzakirələr isə ilin bütün aylarında müzakirə mövzusuna çevrilir. Kimlər fədai kimi öyülür, kimlərsəxa0 tarixi torpaqlarımızı ermənilərə verməkdə ittiham olunur.xa0
Həmin günlərin maraqlı məqamlarından biri də Azərbaycan kommunistlərinin, sosial-demokratların, fəal qadınların istiqlal dövründə sərgilədikləri mövqedir. 1919-cu 28 may günündə hamı kimi onlar da küçə və meydanlara çıxmışdılar. Amma necə və hansı şüarlarla?!.
Moderator.az bununla bağlı apardığı kiçik araşdırmanı təqdim edir:
1919-cu il 28 mayına insanlar artıq neçə gün öncədən hazırlıq görüblərmiş. Bütün Bakı bayram ab-havasına bürünübmüş. Evlər, həyətlər sanki hər kəsin qapısında xa0toy-düyün varmış kimi bəzədilibmiş:
“Bayram münasibətilə şəhər bəzədilmişdi. Hər yerdə aypara və səkkiz guşə ulduzlu üç rəngli ”“ al, yaşıl və firuzəyi bayraqlar dalğalanırdı. Eyvanlarda xalı-xalçalar, əlvan qumaşlar, cecim, şal salınmışdı. Dükanlardakı əlvan fanarlar və çıraqlar diqqəti uzaqdan cəlb ediri. Hələ mayın 27-dən faytonlara, avtomobil və arabalara üç rəngli xırda bayraqlar sancmışdılar. Meydanlarda, bulvarda yaşıl şax, budaq və gül-çiçəkdən, xalça və parçalardan ala qapılar düzəldilmişdi.
Səhər tezdən küçələr adamla dolu idi. Şəhər əhalisi ”“ qulluqçular və müəllimlər, şagirdlər və sənətkarlar bayram şənliyinə qoşulmuşdular. Elə bil evlərdə adam qalmamışdı. Çalıb-oynayanlar aləmə səs salmışdılar, hər tərəfdən şüar eşidilirdi: “Yaşasın Azərbaycan!”x9d, “Yaşasın istiqlal!”x9d.
Ədiblər, şair və bəstəkarlar, səhnə ustaları, incəsənət xadimləri də şənliklərdə iştirak edirdilər. Bayraqlarla bəzədilmiş iki yük avtomobilinin birində zurna-balaban, digərində Qərb musiqisi çalınırdı.
“Metropoldan”x9d (Nizami muzeyi) bələdiyyə idarəsinə keçmək mümkün deyildi. Damlar, eyvanlar, pəncərələr adamla dolu idi. Eyvanların birində Qurban Pirimov tar çalır, Cabbar Qaryağdı oğlu oxuyurdu”x9d.
Şəhəri, evlərini, eyvanlarını bəzəyən Bakı əhli təkcə şənlənməklə, çalıb-oxumaqla qeyd etmirmiş istiqlal bayramlarını. Yürüyüş edən sakinlər,xa0 xüsusilə də fəhlələr həm də iperialistlərə lənət dolu şüarlar səsləndirirlərmiş:
“Bütün firqələr məramnaməsinə, proqramına uyğun minlərlə müraciətnamə nəşr edib camaata paylayırdlar. Hümmətçilərin çağırışlarında yadelli imperialistlərə lənət yağdırılırdı. Demokratiya pərdəsi altında kiçik xalqları əsarət zənciri ilə buxovlayanlara qarşı etiraz sədaları eşidilirdi.
Toxuculuq fabrikinin fəhlələri əllərində qırmızı bayraqlar və şüarlar “Hürriyyət”x9d meydanına (indiki Sahil bağı) girirlər... Əllərdə dalğalanan bayraqlarda “Füqərayi cahan kasibəsi, birləşin!”x9d, “Yaşasın sosial demokrat fəhlə firqəsi, hümmət!”x9d, “İmperializmə ölüm!”x9d sözləri yazılmışdı.
Fəhlə dəstələri parlamana yollanır, ordan da mərkəzi fəhlə klubuna gedirlər. Bu dəstə səhər tezdən fabrikin həyətində yığılmışdı. “Hümmət”x9d təşkilatının nümayəndəsi qısa nitq söyləyib, fəhlələrə Bakı Komitəsinin bayrağını təqdim etmişdi. Onlar da musiqi təranələri altında Qaraşəhərdə, ordan da payi-piyada şəhərə gəlmişdilər ki, öz hüquqlarını tələb etsinlər...”x9d
Həmin gün çadralı bir qadının səsləndirdiyi sözlər hər kəsin marağına səbəb olmaqla yanaşı tarixə düşüb: xa0
“Qara çadralı, ayaqyalın bir müsəlman arvadı ağlaya-ağlaya danışmağa başlayır: “Öz südümüzlə bəslədiyimiz, böyütdüyümüz kişilər, ərlər bizi zindana salmışlar. Yaşasın övrətlər inqilabı!”x9d. Çadralı müsəlman fəhlə arvadının bu çıxışı Bakıya vəlvələ salmışdı, bütün ictimai təbəqələri həyacana gətirmişdi, hamının “Hümmət”x9də ehtiramını artırmışdı”x9d.
Azərbaycanın istiqlalına qənim kəsilmiş, sonradan isə qurulmasında iştirak etdiyi sovet hökuməti tərəfindən güllələnməyə məhkum edilən Əliheydər Qarayev həmin günkü nümayişin Fransada Jonsen cənazəsinin müşayət mərasimini xatırlatdığını yazıb:
“Bizə tərəddüdlə yanaşan fəhlələr də bu nümayişdən sonra bizə qoşuldular və “Yaşasın Azərbaycan Cumhuriyyəti!”x9d, “Yaşasın III internasional!”x9d şüarlarını təkrar-təkrar qışqırırdılar. Birdən hamı səs-səsə verib internasional oxumağa başlayır:
Qalx! Ey lənətlə damğalanmış
ac və çılpaq, məzlum dünya!
Zülmə qarşı vicdanlar yanmış,
alovlanmış qanlı dava.
Yıkalım bu köhnə cahanı,
quralım bir yeni aləm.
Ərzin səfil, məhkum insanı
Ərzə hakim olur o dəm.
Bu qovqa son və ən qəti
Şanlı bir hərb olur,
İnternasionalla
İnsanlıq can bulur.”x9d
1919-cu ilin 28 Mayında - Azərbaycanın istiqlal bayramında qırmızı bayraqlarla küçə və meydanlara çıxan yerli kommunistlər - bir il sonra aprelin 28-də yenə həmin bayraqlarla işğalçı XXI Qızıl Ordunun pişvazına çıxmışdılar. Amma onların Bakı küçələrində səsləndirdiyi yad boğazlı "İnternasional" şərqisi 1991-ci ildən birdəfəlik tarixin dərinliyində yox oldu.
Rumiyyə
İstifadə olunmuş dədəbiyyat
Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim”x9d










































































































