Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi BAŞLADI
Bu gün saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, bu mərhələdə ilkin olaraq vakant yer seçmək imkanı test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvlərinə təqdim olunacaq.
Namizədlər elektron ərizə formalarında maksimum səkkiz vakant yer seçə bilərlər. Vakant vəzifələrə yerləşdirmə namizədin ərizədə göstərdiyi seçim ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcək.
Qeyd olunub ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlər növbəti vakansiya seçim...