Sahibə Qafarovanın Xameneinin vida mərasimində iştirak ilə bağlı MƏLUMAT - FOTO
Milli Məclisin sədri Sahibə Qafarova Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, S.Qafarovanın rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti iyulun 3-də İran İslam Respublikasının sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.
Tehranın Mehrabad beynəlxalq hava limanında nümayəndə heyətini İran İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad, ölkəmizin İrandakı səfiri Əli Əlizadə və protokol əməkdaşları qarşılayıblar.
Sonra S.Qafarovanın başçılı...