7 il həbs, 100 min avro cərimə... –Avropada tarixi abidəni korlayanlara qarşı AĞIR CƏZALAR
Çoxəsrlik tarixi, mədəni irsi, füsunkar təbiəti ilə daim dünyanın diqqət mərkəzi olan Avropada memarlıq nümunələrinin, park və qoruqların mühafizəsinə xüsusi diqqət yetirilir. Lakin bütün bu mühafizə mexanizmlərinə, ictimai çağırışlara baxmayaraq, dünyanın ən mədəni qitəsinin iri şəhərlərində memarlıq nümunələrinə qarşı vandalizm hallarına mütəmadi rast gəlinir.
Xüsusilə gənclər arasında tarixi abidələrə yazı yazılması, heykəl və tikililərin üzərinə müxtəlif hərf və emblemlər cızılması, bəzən hətta təhqiramiz ifadələr də müşahidə olunur. Bu da onu göstərir ki, maarifləndirmə hər nə qədər aktual olsa da, həmişə təsirli vasitə deyil. Belə olduqda isə daha effektiv üsul olaraq sərt inz...