Əhalinin NƏZƏRİNƏ: Metroda qatarların sabahkı hərəkət qrafikinə DƏYİŞİKLİKLƏR EDİLDİ
Aprelin 22-də günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək, "Bakmil" istiqamətində isə şənbə günü qrafikindən istifadə olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, bu gün saat 12:10-da "Ulduz–Nərimanov" mənzilində aralıq kabelində baş vermiş qısaqapanma ilə əlaqədar operativ şəkildə həmin mənzilin bütün elektrik qida mənbələri, o cümlədən dartı yarımstansiyasında müvafiq araşdırmalar aparılıb.
Qısaqapanma nəticəsində tüstülənmə müşahidə edildiyi və bununla əlaqədar operativ şəkildə təxirəsalınmaz tənzimləmə ...