İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da “Bakı Ağ Şəhər”də olublar.
Bizim.Media xəbər verir ki, “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov Rusiyanın Çeçenistan Respublikasının başçısına burada yaradılmış şərait barədə məlumat verdi.
Qeyd olundu ki, bura əvvəllər “Qara şəhər” kimi tanınıb. 150 ildən çox müddətdə neft sənayesi tullantıları ilə çirklənmiş və vaxtilə çoxsaylı neft gölməçələrinin olduğu bu ərazidə Azərbaycan Prezidentinin təşəbbüsü ilə dünya miqyasında nadir ekoloji layihə icra olunaraq, müasir yaşayış massivi yaradılıb.
&n...