WUF13-dən enerji diplomatiyasına... - Prezidentin “Euronews”a müsahibəsindən STRATEJİ MESAJLAR
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibə verib. Dövlətimizin başçısı dünyanın aparıcı media platformalarından biri hesab olunan “Euronews” kanalı vasitəsilə bir sıra mühüm mesajlar verib.
Prezidentin mesajları təkcə regional deyil, həm də Avropa ictimaiyyətinə ünvanlanmış strateji çağırış xarakteri daşıyır.
Azərbaycan WUF13-ə uğurla ev sahibliyi edir
Prezident İlham Əliyev müsahibədə bir neçə vacib məqama toxunub. İlk öncə Beynəlxalq aləmin Azərbaycana artan marağından danışıb.
Və bu marağın bariz nümunəsi kimi Azərbaycanın WUF13-ə uğurla ev sahibliyi etməsini və 182 ölkədə...